Karate-1 Premyer Liqa turniri: İrina Zaretska finala yüksəldi

Karate-1 Premyer Liqa turniri: İrina Zaretska finala yüksəldi

Hazırda oxunan: Karate-1 Premyer Liqa turniri: İrina Zaretska finala yüksəldi
71132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Portuqaliyada Karate-1 Premyer Liqa turniri davam edir.

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan karateçisi İrina Zaretska (68 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb.

Həlledici mərhələdə onun rəqibi italiyalı Silvia Semerado olacaq. Komandamızın digər üzvü Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşündə yarışmaq hüququ əldə edib. O, üçüncü yer uğrunda Xorvatiya təmsilçisi Andjelo Kvesic ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl gənc karateçimiz Fərid Ağayev (75 kq) də finala yüksəlib. Digər idmançımız Tural Ağalarzadə (67 kq) isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb.

Medal qarşılaşmaları aprelin 24-də keçiriləcək. Karate-1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir. Azərbaycan komandası mövsümün ikinci turnirində 14 idmançı ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO