Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı start götürdü

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı start götürdü

Hazırda oxunan: Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı start götürdü
68772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının zalında kişi və qadın ağırlıqqaldıranlar arasında Azərbaycan çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, yarışda ölkənin bütün bölgələrinin 100-dən çox idmançısı qüvvəsini sınayacaq. 

İlk gündə qadınlarda sinkler cədvəli ilə mütləq qaliblər müəyyənləşdiriləcək. Kişilərdə isə 55 kq, 61 kq və 67 kq çəki dərəcələrində ölkə çempionunun adına aydınlıq gələcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu federasiya tamamilə yenidən təşkil olunacaq


Çempionat Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşir. 

Yarışın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. 

Qeyd edək ki, Azərbaycan çempionatı aprelin 10-da başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO