Azərbaycan şahmatçıları Dünya Kubokuna vəsiqə qazandı

Azərbaycan şahmatçıları Dünya Kubokuna vəsiqə qazandı

Hazırda oxunan: Azərbaycan şahmatçıları Dünya Kubokuna vəsiqə qazandı
68394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.

Bizim.Media-nın məlumatına görə, sonuncu - XI turun görüşlərindən sonra Azərbaycan təmsilçilərinin yarışdakı yekun mövqeyi bəlli olub.

Yerli qrossmesyterlər arasında qitə birinciliyində ən yaxşı nəticəyə Vasif Durarbəyli imza atıb. O, Avropa çempionatını 8 xalla 8-ci sırada başa vurub.
Hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 9, 10 və 11-ci yerləri, Nicat Abbasov isə 25-ci pilləni tutub.

Yarışın qalibi 8,5 xalla almaniyalı Mattias Blübaum olub. İlk "20-lik"də qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycanı Avropa çempionatında həmçinin Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli, Gövhər Beydullayeva, Riad Səmədov, Murad İbrahimli, Şahin Vəliyev və Toğrul Həsənzadə təmsil ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO