Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların VAXTI

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların VAXTI

Hazırda oxunan: Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların VAXTI
67817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib.

Federasiyanın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, kişi voleybolçular arasında Yüksək Liqada III dövrənin son qarşılaşmaları aprelin 4-də olacaq.

XV turun ilk qarşılaşmasında “Neftçi” “Murov”u sınağa çəkəcək. Görüş saat 15:00-da başlanacaq. Saat 17:00-da “Sərhədçi” – MOİK oyunu başlanacaq. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada IV dövrə oyunlarına start veriləcək.

Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək X turun ilk matçı saat 16:00-da “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “Abşeron” duelinə start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO