“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Hazırda oxunan: “Barselona” onun müqaviləsini YENİLƏDİ

641219

“Barselona” sağ cinah müdafiəçisi Xavi Espartın müqaviləsini yeniləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 2030-cu ilin yayına qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Espart “Barselona”nın yetirməsidir. 19 yaşlı müdafiəçi əsas komandada debütünü cari ildə Çempionlar Liqasında “Nyukasl”a qarşı oyunda edib.

Espart indiyədək “Barselona”nın əsas komandasında 11 matça çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO