Lionel Messinin Argentina millisində son oyunundan sonra “Monumental” stadionunda təşkil olunan dron şousu azarkeşlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, Argentina Benini 3:0 hesabı ilə məğlub etdikdən sonra 39 yaşlı kapitanın şərəfinə xüsusi şou hazırlanıb.
Lakin şou başlamazdan əvvəl səmada Messinin deyil, tədbirin sponsorlarından olan sığorta şirkətinin loqosu peyda olub.
Reklam görüntüsü bir neçə saniyə davam edib və daha sonra Messi üçün hazırlanan şou başlayıb. Sponsorun loqosunun göstərilməsi tribunaların narazılığı ilə qarşılanıb. Azarkeşlər fitə basıb və etiraz səsləri səsləndiriblər.
Narazılıq Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia ilə bağlı da olub. Stadionda onun ünvanına təhqiramiz ifadələr səsləndirilib.
Dron şousunun bir epizodunda isə Messi topa sağ ayağı ilə zərbə vuran formada təsvir edilib. Halbuki argentinalı futbolçu sol ayağı ilə oynaması ilə tanınır.
Bizim.Media






























































































