AFFA İntizam Komitəsi 2-ci Liqanın 6 klubunu cərimələyib:

AFFA İntizam Komitəsi 2-ci Liqanın 6 klubunu cərimələyib: "Zəngəzur" və "Şəki" daxil

Hazırda oxunan: AFFA İntizam Komitəsi 2-ci Liqanın 6 klubunu cərimələyib: "Zəngəzur" və "Şəki" daxil
639939
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA İntizam Komitəsi 2-ci Liqada 6 klubu cəzalandıırb.

Bizim.Media xəbər verir ki, AFFA İntizam Komitəsi 2-ci Liqanın 5-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

28 sentyabrda keçirilən “Zəngəzur” - “Kür-Araz” oyunundan əvvəl “Zəngəzur” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiqlədiyi üçün 150 manat cərimələnib.
 

“Şəki” - “Hypers” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəki” 70 manat cərimə olunub.


“Şəmkir” - “Şirvan” oyununda isə hər iki komanda cəzalandırılıb. “Şəmkir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib. Bundan başqa, Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyi üçün matçın gec başlamasına görə komanda 200 manat cərimə alıb.

Həmin görüşdə “Şəmkir”in həkimi olmadığı və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün klub daha 200 manat cərimələnib.

“Şirvan”da isə 5 futbolçu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO