Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Hazırda oxunan: Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

639798

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə "AzB.az" idman portalı istifadəyə verilib. 

Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. "AzB.az" saytında Azərbaycan Basketbol Liqası, kubok yarışları, aşağı yaş qrupları və milli komandaların oyunlarından operativ xəbərlər, xüsusi reportajlar və müsahibələr təqdim olunacaq. 

Bununla yanaşı, platformada Avropa kuboklarında mübarizə aparan klublarımızın matçları, NBA və Avroliqa qarşılaşmaları da mütəmadi işıqlandırılacaq. 

Portal xəbər lentindən əlavə, matçların analitik təhlillərini və basketbolçuların statistik göstəricilərini də oxuculara təqdim etməyi hədəfləyir. 

"AzB.az" redaksiyasının layihənin fəaliyyəti barədə qısa məlumat:

"Ölkədə basketbola maraq və klublarımızın beynəlxalq turnirlərdəki iştirakı artsa da, bu sahəni sırf ixtisaslaşmış formada təqdim edən platformaya ehtiyac var idi. "AzB.az" olaraq əsas məqsədimiz həm yerli basketboldakı yenilikləri operativ çatdırmaq, həm də oxuculara dəqiq statistika və analitik məzmun təqdim etməkdir". 

İnstaqram: //www.instagram.com/azb.aze 

Teleqram: //t.me/azbasketbol 

Feysbuk: //www.facebook.com/share/1FMWqs1RbT/ 

TikTok: //www.tiktok.com/@azb.aze 

Yutub: //youtube.com/@azbasketbol

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO