Bakıdan "Formula-1" yarışları ilə bağlı canlı yayım həyata keçirən Polşanın "Eleven Sport" telekanalının jurnalistləri Azərbaycanın "Sabah" klubunun və onun polşalı futbolçusu Timoteuş Puxaçın Çempionlar Liqasındakı çıxışına toxunublar.
Bizim.Media xəbər verir ki, arxasında "Puxaç" soyadı yazılmış "Sabah" forması geyinmiş Radoslav Flerkovski və onun həmkarı Bartoş Budnik polşalı müdafiəçi ilə müsahibəni təqlid ediblər.
"Oyun kifayət qədər yaxşı idi. Düzdür, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduq, amma biz optimistik, çünki Çempionlar Liqası hələ yeni başlayır", – deyə Flerkovski Puxaçın əvəzindən cavab verir.
"Bu gün mən "Sabah"ın formasındayam, – deyə artıq öz fikirlərini bildirən müxbir qeyd edir. – Arxamda isə "Puxaç" yazılıb. Biz hələ bunu "Eleven Sports" tamaçışına göstərməmişik. Biz Polşa ilə Bakı, Azərbaycan arasında əlaqə tapmağa çalışdıq. Və budur, nəticə. "Sabah" Çempionlar Liqasına düşən ilk Bakı klubudur, ona görə də bu, Azərbaycan azarkeşləri və futbol fanatları üçün qətiyyən böyük hadisədir".
— Elmir Aliyev (@ElmirAliyev82) September 26, 2026
Bizim.Media































































































