Azərbaycanlı paralimpiyaçısı yarışa qoşula bilmədi - SƏBƏB

Azərbaycanlı paralimpiyaçısı yarışa qoşula bilmədi - SƏBƏB

Hazırda oxunan: Azərbaycanlı paralimpiyaçısı yarışa qoşula bilmədi - SƏBƏB
63755
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış etməyib.

Milli Paralimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, buna paralimpiyaçının zədələnməsi səbəb olub.

Ramazanzadə isinmə hərəkətlərində xəsarət aldığı üçün yarışa qoşula bilməyib. Üzündən və çiynindən zədə alan idmançı meydanı xərəkdə tərk edib. Onun son durumunun yaxşı olduğu bildirilib.

Qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı idi.

Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pauerliftinqdə qüvvəsini sınayıb. Bundan başqa, Ramazanzadə 2019-cu ildə paravelosiped idman növü üzrə dünya çempionatında mübarizə aparıb.

Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO