Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, vəzifəsinin icrasına bu gündən başlayıb.
“Bu gündən etibarən AFFA-da İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində fəaliyyətə başlayıram. Qarşıda yeni insanlar, yeni məsuliyyətlər, yeni hədəflər və yeni hekayələr var”, - paylaşımında qeyd edib.
Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatı oyunları şərh edən iki qadın jurnalistimizdən biridir.

Bizim.Media





































































































