19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

Hazırda oxunan: 19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

633162

İngiltərənin “Mançester Siti” komandası Mərakeş millisinin futbolçusu Ayub Buaddini heyətinə qatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mərkəz yarımmüdafiəçisi “şəhərlilər”ə Fransanın “Lill” klubundan keçib. Tərəflər arasında 2031-ci ilin yayınad qədər müqavilə imzalanıb.

“Lill” 19 yaşlı yetirməsinin satışından, bonuslar da daxil olmaqla, 100 milyon avro qazanacaq.

Qeyd edək ki, Ayub Buaddi “Lill”in yetirməsidir. O, Liqa 1 təmsilçisinin əsas komandasında 96 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

Futbolçu Fransanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etsə də, əsas milli komanda olaraq doğma vətəni Mərakeşi seçib. O, Mərakeş millisində 8 oyun keçirib ki, bunların 5-i dünya çempionatına təsadüf edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO