Bakıda Avropa çempionatı start götürdü - FOTO

Bakıda Avropa çempionatı start götürdü - FOTO

Hazırda oxunan: Bakıda Avropa çempionatı start götürdü - FOTO

632351

Bakının da ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutub. Arenada azarkeşlər üçün maraqlı şoular təşkil edilib.

Ardınca açılış matçında üz-üzə gələcək Azərbaycan və Portuqaliya milli komandaları arenaya çıxıblar. Hər iki ölkənin bayrağı meydanının mərkəzinə gətirilib və Dövlət himnləri səsləndirilib.

Qeyd edək ki, qarşılaşma saat 19:00-da start götürəcək. Oyuna maraq kifayət qədər böyükdür, tribunalar tam olaraq dolub.

Qadın voleybolçular arasında Avropa çempionatı avqustun 21-dən sentyabrın 6-dək Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın birgə ev sahibliyi ilə keçiriləcək.

Azərbaycanda C qrupunun (21-28 avqust) görüşləri təşkil olunacaq. Bu qrupda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya yığmaları mübarizə aparacaqlar.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO