Azərbaycanın 2 qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib.
Bizim.Media xəbər verir ki, Günay Qurbanova (57 kq) yarımfinalda hindistanlı Tanvi Qundeş Maqdumla üz-üzə gəlib.
Rəqibini məğlub edən Qurbanova həlledici görüşə vəsiqə qazanıb. Ruzanna Məmmədova (59 kq) eyni raundda Eda Balaşa (Macarıstan) rəqib olub.
Təmsilçimiz tam üstünlüklə (11:0) qalib gələrək finala yüksəlib.
Xatırladaq ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.
Bizim.Media
































































































