Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Paytaxt təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə Xander Severina adını tabloya yazdırıb.
"Araz-Naxçıvan" və "İmişli" komandaları arasında keçirilmiş günün birinci görüşündə hesab açılmayıb.
Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0. İlk turun digər matçları avqustun 16-17-si keçiriləcək.
Bizim.Media



































































































