PSJ-dən Arda Güler üçün ŞOK TƏKLİF: 115 milyon avro

PSJ-dən Arda Güler üçün ŞOK TƏKLİF: 115 milyon avro

Hazırda oxunan: PSJ-dən Arda Güler üçün ŞOK TƏKLİF: 115 milyon avro

630148

PSJ Arda Güleri transfer etmək üçün "Real Madrid"ə 115 milyon avroluq təklif edib.

Bizim.Media bu barədə "Fichajes" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, türkiyəli yarımmüdafiəçi "kral klubu"nda böyük önəm daşısa da, onun mümkün transferi komanda daxilində müzakirə olunur.
 

"PSJ mənfi cavab alarsa, təklifində israr etməyə imkan verən maliyyə imkanlarına sahibdir. Fransa klubu Ardanı əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib və "Real Madrid"in qərarına təsir edə biləcək məbləğin olub-olmadığını öyrənmək istəyir", - deyə məlumatda vurğulanır.


Xatırladaq ki, Arda Güler "Fənərbağça"dan "Real Madrid"ə 20 milyon avroya keçmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO