İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Hazırda oxunan: İordaniya FIFA-nı şantajda ittiham etdi

629361

İordaniya Futbol Assosiasiyası FIFA-nı təşkilatın prezidenti Canni İnfantinoya dəstək verməsi üçün təzyiq göstərməkdə və şantaj etməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, assosiasiyanın yaydığı bəyanata görə, FIFA viza, vergi və beynəlxalq turnirlər üzrə ödənilməmiş mükafatlarla bağlı problemlərin həllinə yardım müqabilində İnfantinonun yenidən prezident seçilməsini dəstəkləməyi tələb edib.

İordaniya Futbol Assosiasiyası bu tələbi qəbul etmədiyini və Canni İnfantinonun yenidən seçilməsinə dəstəyini geri çəkdiyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, İordaniya bu məsələdə İnfantinoya verdiyi dəstəyi geri götürən bir neçə digər milli futbol federasiyasına da qoşulub.(modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO