“Kəpəz” Moldova millisinin üzvünü transfer etdi

“Kəpəz” Moldova millisinin üzvünü transfer etdi

Hazırda oxunan: “Kəpəz” Moldova millisinin üzvünü transfer etdi

629314

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi moldovalı yarımmüdafiəçi Viktor Stinanın keçidini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Son olaraq Moldovanın “Zimbru” klubunun formasını geyinən Viktor Stina ölkəsinin milli komandasında da çıxış edib. O, Moldova millisinin heyətində keçirdiyi 30 oyunda 4 qola imza atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO