Rusiya voleybol üzrə Millətlər Liqasına qaytarıldı: Ukrayna ilə qarşılaşa bilər

Rusiya voleybol üzrə Millətlər Liqasına qaytarıldı: Ukrayna ilə qarşılaşa bilər

Hazırda oxunan: Rusiya voleybol üzrə Millətlər Liqasına qaytarıldı: Ukrayna ilə qarşılaşa bilər

629303

Beynəlxalq Voleybol Federasiyası (FIVB) Rusiya kişi və qadın milli komandalarının növbəti mövsüm Millətlər Liqasında iştirakına icazə verib.

Bizim.Media xəbər verir ki, rusiyalı komandaların turnirə qaytarılması üçün iştirakçı sayının 18-dən 19-a artırılması planlaşdırılır.

Rusiya komandaları turnirdə iştirak etməyən ölkələr arasında ən yüksək reytinqə malik komanda kimi yarışmaq hüququ qazanacaq. 2022-ci ildən beynəlxalq yarışlarda iştirak etməməsinə baxmayaraq, Rusiya kişilərdən ibarət milli komandası dünya reytinqində üçüncü, qadın komandası isə doqquzuncu yerdədir.

Millətlər Liqasında Ukrayna yığmasının da çıxış edəcəyi bildirilir. Bu səbəbdən 2027-ci ildə Rusiya və Ukrayna komandalarının meydanda üz-üzə gəlməsi ehtimalı var.

Qeyd edək ki, Rusiya 2027-ci ildə keçiriləcək voleybol üzrə dünya çempionatında iştirak etməyəcək. Rusiya tərəfi turnirdən imtinasını "orada idmandan daha çox siyasətin olacağı" ilə əsaslandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO