Zidan Fransa millisinin baş məşqçisi təyin edildi

Zidan Fransa millisinin baş məşqçisi təyin edildi

Hazırda oxunan: Zidan Fransa millisinin baş məşqçisi təyin edildi

627958

Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

Mütəxəssislə müddəti DÇ-2030-un sonunadək olan 4 illik müqavilə imzalanıb. O, avqustun 1-dən rəsmən vəzifəsinin icrasına başlayacaq və komandaya UEFA Millətlər Liqasının 2026/2027 mövsümündən rəhbərlik edəcək.
 

Fransalı mütəxəssis, həmçinin AVRO-2028-in seçmə mərhələsi, UEFA Millətlər Liqasının 2028/2029 mövsümü və DÇ-2030-un seçmə oyunlarında yığmanın "sükanı arxasında" olacaq. Onun köməkçiləri sentyabrın əvvəlində müəyyənləşəcək.


Qeyd edək ki, Z.Zidan 1964-cü ildən bəri Anri Qerendən sonra Fransa millisinin tarixində 18-ci baş məşqçidir. O, bu postda Didye Deşamı əvəzləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO