DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO

Hazırda oxunan: DÇ-2026: İngiltərə millisi yarımfinalda - VİDEO
624748
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Bizim.Media  xəbər verir ki, mundialın əsas favoritlərindən hesab olunan İngiltərə millisi 1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveçlə qarşılaşıb. Mayamidəki “Hard Rok” stadionunda təşkil olunan qarşılaşma ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Hesabı 36-cı dəqiqədə Norveç millisinin hücumçusu Andreas Şelderup mükəmməl qolla açıb. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Cud Bellingem tarazlığı bərpa edib. Əlavə vaxtda (93-cü dəqiqə) daha bir qol vuran Bellingem İngiltərə yığmasını yarımfinala yüksəldib.

1/4 finalın sonuncu oyunu Bakı vaxtı ilə saat 05:00-da Argentina və İsveçrə yığmaları arasında olub və Messinin komandası 3-1 hesabı ilə qələbə qazanıb.

Deməli, yarımfinalda İngiltərə Argentina ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Fransa və İspaniya milli komandaları yarımfinala vəsiqə qazanıblar. Mundiala iyulun 19-da yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO