2026-cı il dünya çempionatının 1/4 finalında Fransa yığmasının Mərakeşi 2:0 hesabı ilə məğlub etməsindən sonra Böyük Britaniyanın paytaxtı Londonda gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Mərakeş bayraqları ilə küçələrə çıxan yüzlərlə azarkeş şəhərin şimal-qərbində yerləşən Edgware Road ərazisində polis əməkdaşları ilə qarşıdurmaya girib.
Sosial şəbəkələrdə yayılan kadrlarda küçələrin tüstü və tullantılarla örtüldüyü, hüquq-mühafizə orqanlarının isə fişəng və müxtəlif əşyalar atan kütləni dağıtmağa çalışdığı əks olunub.
Məlumata görə, bəzi azarkeşlər avtomobillərin hərəkətini dayandıraraq nəqliyyat vasitələrinin üzərinə çıxıblar.
Qeyd edək ki, bu qələbə sayəsində Fransa ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib. Mərakeş isə mübarizəni dayandırsa da, iki dəfə dünya çempionatının dörddəbir finalına yüksələn ilk Afrika millisi kimi tarixə düşüb.
Beləliklə, Mərakeşin də turnirdən kənarlaşması ilə mundialda Afrika qitəsini təmsil edən komanda qalmayıb. Fransa yarımfinalda İspaniya–Belçika cütünün qalibi ilə qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
08:39 / 10.07.2026
Məğlubiyyətdən sonra Londonda iğtişaşlar törətdilər – Video
Hazırda oxunan: Məğlubiyyətdən sonra Londonda iğtişaşlar törətdilər – Video
Hazırda oxunan: Məğlubiyyətdən sonra Londonda iğtişaşlar törətdilər – Video
624369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































