Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Hazırda oxunan: Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

624364

Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Yuri Corkayeff Portuqaliya millisinin Dünya Çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırması barədə danışarkən, komanda yoldaşlarının Kristiano Ronaldonu boykot etdiyini iddia edib.

Bizim.Media xəbər verir ki, onun bu sözlərini sosial şəbəkələrdə "After Foot RMC" yayıb.
 

"Əgər heyətə Kriştiano Ronaldonu daxil edirsinizsə, komanda onun üçün oynamalıdır, lakin burada bu, tamamilə baş vermədi. Mən onların soyunub-geyinmə otağında olmamışam, amma mənə elə gəldi ki, öz komanda yoldaşları onu boykot edirdilər", - deyə Corkayeff bildirib.


Qeyd edək ki, portuqaliyalılar Dünya Çempionatının 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olublar. Ronaldo oyundan əvvəl bu Dünya Çempionatının karyerasında sonuncu olacağını elan etmişdi.

Çempionlar Liqasında beş qələbəsinə, iki Millətlər Liqası çempionluğuna, Avropa çempionu tituluna və beş "Qızıl top"una baxmayaraq, Kriştianu dünya birinciliyinin qalibi ola bilmədi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO