“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Hazırda oxunan: “Fənərbağça”dan 45 milyonluq transfer

623917

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi "Marsel"də çıxış edən Meyson Qrinvudun keçidini həll edib. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
 

Artıq klublar arasında razılıq əldə olunub. "Fənərbaxça" ingiltərəli vinger üçün 45 milyon avro təzminat ödəyəcək. 24 yaşlı futbolçu İstanbul nəhəngi ilə 4+1 illik müqavilə imzalayacaq. Onun illik maaşı 11 milyon avro təşkil edəcək.


Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən 26 milyon avroya transfer edib.

İngiltərə millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində iki mövsüm ərzində meydana çıxdığı 81 rəsmi matçda 45 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO