"Neftçi"nin baş məşqçisi Yuri Vernidubla yeni müqavilə bağlanıb.
Bizim.Media xəbər verir ki, klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.
Klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:
“Klubumuz üçün xeyirli olsun! “Neftçi”nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də Konrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik”.
Qeyd edək ki, Vernidub 2025-ci il dekabrın 9-da "Neftçi"nin baş məşqçisi vəzifəsinə təyin olunub.
Komanda onun rəhbərliyi altında keçirdiyi 19 oyunun 13-də qalib gəlib, 4-ü heç-heçə, 2-si məğlubiyyət olmaqla cəmi 6 matçda xal itirib. Ümumilikdə, ukraynalı çalışdırıcının gəlişindən sonra 43 xal toplayan “Neftçi” xallarının sayını 59-a çatdıraraq mövsümü 4-cü pillədə başa vurub ki, bununla da UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:50 / 26.06.2026
“Neftçi” Vernidubla müqaviləni uzatdı
Hazırda oxunan: “Neftçi” Vernidubla müqaviləni uzatdı
Hazırda oxunan: “Neftçi” Vernidubla müqaviləni uzatdı
621749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































