“Qəbələ” Asif Məmmədova görə 10 min manat CƏRİMƏLƏNDİ

“Qəbələ” Asif Məmmədova görə 10 min manat CƏRİMƏLƏNDİ

Hazırda oxunan: “Qəbələ” Asif Məmmədova görə 10 min manat CƏRİMƏLƏNDİ

613135

"Qəbələ" klubu Asif Məmmədova görə 10 min manat cərimələnib.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən "Qəbələ" – "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu 4 matç cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.

Həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydana kənar əşya atılması isə 2 000 manat ziyana salıb.

Mayın 10-da baş tutan "Neftçi" – "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan "Şamaxı" 700 manat cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO