"Turan Tovuz" avrokuboku təmin etdi - "Karvan-Yevlax" elitanı tərk edəcək - VİDEO

"Turan Tovuz" avrokuboku təmin etdi - "Karvan-Yevlax" elitanı tərk edəcək - VİDEO

Hazırda oxunan: "Turan Tovuz" avrokuboku təmin etdi - "Karvan-Yevlax" elitanı tərk edəcək - VİDEO

612342

Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz " "Karvan-Yevlax"ı məğlub edib.

Bizim.Media xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan maç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.

59 xalla üçüncü sırada yer alan "Turan Tovuz" avrokuboklara vəsiqəni təmin edib. Sona 2 tur qalmış qərb təmsilçisinin ikincilik şansları davam edir. 14 xala malik "Karvan-Yevlax"ın isə Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.

"Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO