AFFA lisenziya verdiyi klubların siyahısını AÇIQLADI

AFFA lisenziya verdiyi klubların siyahısını AÇIQLADI

Hazırda oxunan: AFFA lisenziya verdiyi klubların siyahısını AÇIQLADI

612012

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Araz-Naxçıvan" , "Qarabağ" , "Qəbələ" , "Neftçi" , "Sabah" , "Sumqayıt" , "Şamaxı" , "Turan Tovuz" "Zirə".

2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Neftçi", "Sumqayıt" .

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Baku Sportinq" , "Difai", "İmişli" , "Karvan-Yevlax", "Kəpəz", "Mingəçevir", "Səbail", "Şəfa".

4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Cəbrayıl", "Dinamo", "Qaradağ Lökbatan", "Quba", MOİK, "Şahdağ Qusar", "Şəmkir", "Şimal", "Xankəndi", "Zaqatala".

5. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Ağstafa Gəncləri", "Araz Saatlı", "Biləsuvar", "Kür Araz", "Lənkəran", "Marafon", "Ramana", "Samur", "Şəfəq", "Şəki Siti", "Şirvan", "Zəngəzur".

6. II Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

"Ağdaş", "Xəzər Ağcabədi".

7. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Araz-Naxçıvan", "Baku Juniors", "Dirçəliş", "İmişli", "Qəbələ", "Liman", "Sabah", "Şəfa", "Ümid".

UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir.

Digər lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.

Qeyd edək ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 14-cü maddəsinə müvafiq olaraq, lisenziyanı almış klub avtomatik olaraq çıxış etdiyi liqadan aşağı yarışlarda da iştirak üçün lisenziya əldə etmiş hesab olunur.

II Liqa yarışlarında iştirak edən "Göygöl" FK, həmçinin AFFA Yüksək Qızlar Liqası yarışlarında iştirak edən "Təhsil 8" və "Zaqatala"lisenziya prosesinə qoşulmaqdan imtina etmişdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO