Türkiyənin İstanbul şəhərində WSF – Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə 16-cı Dünya Çempionatı və birinciliyi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Dünya Çempionatında Şəki şəhəri Fizika, Riyaziyyat və Humanitar Fənlər Təmayüllü Liseyin 8d sinif şagirdi Fatimə İdrisova da uğurla çıxış edib. O, müxtəlif çəki dərəcələri üzrə yüksək nəticələr göstərərək qızıl medallara sahib olub.
Bununla yanaşı, Şəki Olimpiya İdman Kompleksinin karate bölməsinin yetirmələri də çempionatda uğurlu nəticələr əldə ediblər.
Fatimə İdrisova 12-13 yaş +55 kq WKF üzrə qızıl medal, 12-13 yaş +48 kq Şobu Nihon üzrə qızıl medal, 14-15 yaş - 61 kq WKF üzrə qızıl medal qazanıb.
Ömər Səfərov 12-13 yaş - 50 kq Şobu İpoon üzrə qızıl medal, 12-13 yaş - 50 kq Şobu Nihon üzrə gümüş medal əldə edib.
Aytən Qədirova isə Deflimpiya Kata növündə gümüş medala layiq görülüb.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu



































































































