AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

Hazırda oxunan: AFFA millimizin baş məşqçisi ilə bağlı qərar verdi

610214

AFFA rəhbərliyi U-21 millimizin baş məşqçisi Rəşad Eyubbovla bağlı qərarını verib. 

Bizim.Media xəbər verir ki, gənc mütəxəssislə yola davam ediləcək. 
 

Rəhbərlik Eyyubova bir dönəm daha şans verəcək. Yığmamızın Avropa çempionatı seçmə mərhələsindəki çıxışı birmənalı qarşılanmasa da, onun postundan göndərilməsi gündəmdə deyil. Rəhbərlik növbəti mövsümdə də baş məşqçinin işini görmək istəyir. 


Daha öncə mətbuatda onunla yolların ayrılacağı bildirilsə də, bu məsələ rəhbərliyin gündəmində deyil.

Bununla yanaşı, futbolumuzu idarə edənlər yığmada tez-tez məşqçi dəyişikliyinin yaxşı hal olmadığı düşünür. 

Xatırladaq ki, U 21 millimiz 6 xalla 6 komandalı qrupda 5-ci pillədə qərarlaşıb. Yığmamız seçmə mərhələdə 3 oyun daha keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO