AFFA mübahisəli epizodları şərh etdi – VİDEO

AFFA mübahisəli epizodları şərh etdi – VİDEO

Hazırda oxunan: AFFA mübahisəli epizodları şərh etdi – VİDEO
609997
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXIX turunda keçirilən oyunlarda mübahisəli epizodlar zamanı hakimlərin düzgün qərarlar verdiyini təsdiqləyib.

Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis 4 matçla bağlı fikirlərini bölüşüb.

"İmişli" – "Sumqayıt" oyununda qonaqların lehinə təyin edilən penalti qərarı haqlı sayılıb.

"Şamaxı" – "Kəpəz" görüşündə Gəncə təmsilçisinin vurduğu qol qaydalar çərçivəsində ləğv edilib.

"Turan Tovuz" – "Zirə" matçında qonaqların lehinə penalti təyin olunmaması düzgün qərar kimi qiymətləndirilib. Bu qarşılaşmada həmçinin "Zirə"nin vurduğu qol ofsayd səbəbindən haqlı olaraq ləğv edilib.

"Sabah" – "Karvan-Yevlax" oyununda isə hakimin meydan sahiblərinin oyunçusuna qırmızı vərəqə göstərməsi haqlı qərar sayılıb.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Misli Premyer Liqasının XXIX turunda keçirilmiş oyunlardakı mübahisəli epizodlarla bağlı şərhini təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO