Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Hazırda oxunan: Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular
609515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatını 13 medalla başa vurublar.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə sərbəst güləşdə beş çəki dərəcəsində mükafatçılar bəlli olub.

Nurəddin Novruz (61 kq) üçüncü yer uğrunda görüşdə italiyalı Simone Pirodduya uduzub.

Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanova (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevə (UWW) məğlub olaraq gümüş medala sahib çıxıblar.
 

Ali Tsokayev (92 kq) finalda Ahmed Batayevə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevə (Macarıstan) qalib gələrək Avropa çempionu olublar.


Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.

Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO