UEFA “Marsel”in “Qarabağ”la Bakıdakı görüşünü təhlükəli səfər adlandırdı

UEFA “Marsel”in “Qarabağ”la Bakıdakı görüşünü təhlükəli səfər adlandırdı

Hazırda oxunan: UEFA “Marsel”in “Qarabağ”la Bakıdakı görüşünü təhlükəli səfər adlandırdı
58407
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıdakı oyununu Fransa "Marsel"i üçün təhlükəli səfər adlandırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında Konfrans Liqasının pley-off oyunlarına həsr olunmuş yazıda bildirilir. 

Qurum ilk qarşılaşmada Fransa təmsilçisinin Azərbaycan klubunu qəbul edəcəyini xatırladıb:

"Marsel" Konfrans Liqasının qrupunda İsveçrə "Bazel"indən sonra ikinci yeri tutan, lakin Kipr "Omoniya"sı və Qazaxıstan "Kayrat"ını xeyli qabaqlayan "Qarabağ"a çağırış edir.
Xorxe Sampaolinin baş məşqçi olduğu komanda Avropanın digər ucuna təhlükəli səfərdən əvvəl qış fasiləsi səbəbindən fevralın əvvəlinədək matç keçirməyən komandaya qarşı "Velodrom"da ilk oyununa çıxacaq". 

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO