UEFA

UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi

Hazırda oxunan: UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi

5679

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la "Qarabağ" arasında keçirilməli olan, lakin Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan matçla bağlı qərarını açıqlayıb.

Bizim.Media bidlrir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Azərbaycan çempionuna texniki məğlubiyyət verilib.

Bu nəticə komandaların I qrupundakı mövqelərinə təsir etməyib. Xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. Azərbaycan çempionu isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da oynanılmalı idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO