DÇ-2022: Millimiz seçmə mərhələdə son oyununa çıxır

DÇ-2022: Millimiz seçmə mərhələdə son oyununa çıxır

Hazırda oxunan: DÇ-2022: Millimiz seçmə mərhələdə son oyununa çıxır
45492
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruber olacaq.

Qrupdakı son oyun öncəsi Azərbaycan millisi 1 xalla sonuncu, Lüksemburq isə 6 xalla 3-cüdür. Hər iki yığma pley-off şanslarını itirdiyindən, görüş formal xarakter daşıyır. Matç yalnız xal ehtiyatını artırmaq baxımından önəmli ola bilər.

İndiyədək Azərbaycan və Lüksemburq yığmaları 6 dəfə üz-üzə gəlib. Yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gələn Azərbaycan millisi rəsmi matçların heç birindən qələbə ilə ayrıla bilməyib. Həmin qarşılaşmalardan 2-də Lüksemburq üstün olub, 3-ü isə heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər oyununda Portuqaliya millisi İrlandiyanın qonağı olacaq.
Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (7).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO