"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev erməniyə uduzdu - FOTO

Hazırda oxunan: "Tokio-2020": Boksçumuz Cavid Çələbiyev erməniyə uduzdu - FOTO
30578
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan boksçusu Cavid Çələbiyev "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Bizim.Media xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz səkkizdəbir final mərhələsi çərçivəsində ermənistanlı Hovhannes Baçkov ilə qarşılaşıb.

Rəqibinə 1:4 hesabı ilə məğlub edən C.Çələbiyev Olimpiadanı medalsız başa vurub.

Boks millimizin digər üzvü Alfonso Dominges (81 kq) Olimpiadanın yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Belə ki, qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) Tokio Olimpiadasında bürünc medala sahib olub.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO