Bakıya gələcək 2-ci komanda bu gün bəlli olacaq - AVRO-2020

Bakıya gələcək 2-ci komanda bu gün bəlli olacaq - AVRO-2020

Hazırda oxunan: Bakıya gələcək 2-ci komanda bu gün bəlli olacaq - AVRO-2020
26421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Niderland və Çexiya yığmaları arasında olacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

AVRO - 2020: Bakıya gələcək ilk yığma məlum oldu


Bu cütün qalibi 1/4 final matçını Bakıda Danimarkaya qarşı keçirəcək.

Günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.

Qeyd edək ki, Bakıdakı 1/4 final oyunu iyulun 3-də keçiriləcək. AVRO-2020 iyulun 11-də başa çatacaq. Danimarka 1/8 finalda Uelsi darmadağın edib - 4:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO