Məşhur azərbaycanlı futbolçu Ronaldonu təbrik etdi 

Hazırda oxunan: Məşhur azərbaycanlı futbolçu Ronaldonu təbrik etdi 

26059

Cənubi azərbaycanlı futbolçu Əli Daei milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna Kriştiano Ronaldonun şərik çıxmasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, İran millisinin sabiq hücumçusu Portuqaliya yığmasının kapitanının Fransa ilə qarşılaşmada "dubl" edərək onunla bərabərləşməsindən sonra açıqlama verib.  

"Ronaldonu təbrik edirəm. Hazırda hər ikimizin 109 qolu var. Beynəlxalq rekordumu qırmaq üçün ona bir qol kifayət edəcək" deyən Daei "Mənim üçün böyük şərəfdir ki, belə bir ali nailiyyət ona qismət olacaq. Kriştiano böyük çempion və böyük insandır. O, bəşəriyyəti ilhamlandırır, onların həyatlarına təsir göstərir" əlavə edib.  

Qeyd edək ki, Kriştiano Ronaldo Fransa ilə 2:2 hesablı heç-heçəyə imza atdlıqları qarşılaşmada penaltilərlə "dubl" müəllifi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO