Qurban Qurbanov: “Komanda optimal vəziyyətdə deyildi”

Qurban Qurbanov: “Komanda optimal vəziyyətdə deyildi”

Hazırda oxunan: Qurban Qurbanov: “Komanda optimal vəziyyətdə deyildi”
260145
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klub saytına açıqlama verib. 

Bizim.Media xəbər verir ki, o, Avstriyanın “Zalsburq” (1:2) klubu ilə keçirilən yoxlama oyunu barədə fikirlərini bildirib:

“Yaxşı oyun oldu. Keyfiyyətli futbolçulardan qurulmuş, özünə xas oyun üslubu olan çox yaxşı bir komandaya qarşı oynadıq. Düzdür, komandamız optimal vəziyyətdə deyildi. Amma yaxşı hazırlıq keçdik. 
 

Toplanışda son oyunumuz idi.Futbolçular bu matça yüklənmiş halda çıxmışdılar. Həm son görüşdən, həm ümumi hazırlıqdan razı qaldım”.


Mütəxəssis komandanın ümumi durumunu da dəyərləndirib: 

“Komandanın durumu normaldır. Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır. Qarşıda oyundan-oyuna bunu hiss edəcəyik. Ümumilikdə bu gün hər futbolçunun daha yaxşı potensialı var. Bir neçə rəsmi oyundan sonra daha da idman formalarını yığacaqlar. Bundan sonra meydanda bir-birini daha yaxşı tamamlayacaqlar”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO