Zelim Kotsoyev Avropa çempionatında gümüş medal QAZANDI

Zelim Kotsoyev Avropa çempionatında gümüş medal QAZANDI

Hazırda oxunan: Zelim Kotsoyev Avropa çempionatında gümüş medal QAZANDI
246227
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Bizim.Media xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşıb.

Z.Kotsoyev "Paris-2024" Yay Olimpiya Oyunlarının həlledici görüşündə qalib gəldiyi rəqibinə bu dəfə məğlub olaraq, ikinci yerlə kifayətlənib.

Azərbaycanın digər cüdoçusu Uşanqi Kokauri (+100 kiloqram) bürünc medal uğrunda almaniyalı Erik Abramovla qarşılaşacaq.

Qadın cüdoçu Nigar Süleymanova isə (+78 kiloqram) ilk görüşdə gürcüstanlı Sofia Somkxişviliyə uduzub.

Daha əvvəl Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO