Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Hazırda oxunan: Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
23734
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Tokio Olimpiadasına lisenziya xarakterli nüfuzlu yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb.

Turnirin birinci günündə mübarizəyə 4 cüdoçumuz qoşulub. Onlardan Kəramət Hüseynovun (60 kq) otuzikidəbir finalda Mohammad Raşnonezad (Beynəlxalq Cüdo Federasiyası), onaltıdabir finalda Nikolae Foça (Moldava), səkkizdəbir finalda Yaponiya təmsilçisi Ryuju Naqayamaya ilə qarşılaşmaları qələbə ilə başa çatsa da, dörddəbir finalda fransalı Valide Xyar (FRA) ilə görüşdə uduzub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan cüdoçularının dünya çempionatındakı rəqibləri bəlli oldu


Təsəlliverici qarşılaşmada monqolustanlı Unubold Lxaqbayamtsa qalib gələn cüdoçumuz üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. K.Hüseynov bürünc medal uğrunda qazaxıstanlı Magzhan Şamsadin ilə mübarizə aparacaq.

Onunla eyni çəkidə mübarizə aparan Davud Məmmədsoy startda Romarik Vend-Yam Budaya (Fransa) məğlub olub.

Qadınlar arasında isə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva Rusiya təmsilçisi Sabina Gilyazovaya, Aişə Qrbanova isə ispaniyalı Julia Fiqqueroaya start görüşündə məğlub olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO