Azərbaycan futbolçuları bu gün Minskdə Belarus millisi ilə top qovacaq

Azərbaycan futbolçuları bu gün Minskdə Belarus millisi ilə top qovacaq

Hazırda oxunan: Azərbaycan futbolçuları bu gün Minskdə Belarus millisi ilə top qovacaq
23202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığmasının qonağı olacaq.

"Dimamo" Milli Olimpiya Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlibsə, daha bir qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

Hazırda Belarus FIFA reytinqində 89-cu, Azərbaycan 110-cu yerdə gedir.

Azərbaycan millisi daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq. Belarus isə ilk belə oyununa çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçularından Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün Belarusa qarşı oynamayacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO