“Qarabağ”dan ayrılan Juninyo “Flamenqo”da debüt etdi - FOTO

“Qarabağ”dan ayrılan Juninyo “Flamenqo”da debüt etdi - FOTO

Hazırda oxunan: “Qarabağ”dan ayrılan Juninyo “Flamenqo”da debüt etdi - FOTO
231774
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”dan ayrılaraq Braziliyanın “Flamenqo” klubuna transfer olan Olavio Juninyo yeni klubunda debüt edib.

Bizim.Media xəbər verir ki, 28 yaşlı futbolçu “Karioka - Quanabara Kuboku” çərçivəsində “Volta redonda”ya qarşı matçda meydana çıxıb.

O, 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana daxil olub. Matç “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 2023-cü ilin yayında Ağdam klubuna transfer olan braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Hücumçu “Qarabağ”la ölkə çempionu və kubokunun qalibi olub.

Xatırladaq ki, bu transferin 5 milyon avroya başa gəldiyi bildirilir.

“Qarabağ”dan ayrılan Juninyo “Flamenqo”da debüt etdi - FOTO - foto 1
“Qarabağ”dan ayrılan Juninyo “Flamenqo”da debüt etdi - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO