"Sabah" "Şamaxı"ya məğlub oldu

"Sabah" "Şamaxı"ya məğlub oldu

Hazırda oxunan: "Sabah" "Şamaxı"ya məğlub oldu
226445
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Sabah" Azərbaycan Premyer Liqasının 18-ci turunda "Şamaxı"ya məğlub olub.

Bizim.Media xəbər verir ki, oyun Şamaxı şəhər stadionunda keçirilib.

Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 3:1

Bölgə təmsilçisində 23-cü dəqiqədə Edqar Adilxanov, 55-ci dəqiqədə Belajdi Pusi, 62-ci dəqiqədə Leroy Mikels fərqləniblər. Paytaxt klubunda Pavol Safranko 38-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. 26 xalı olan "bayquşlar" 5-ci sıradadır.

Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

18-ci turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO