
- A-
- A
- A+
İdman
16:35 / 19.12.2024
1 dəq oxunma
Daha bir klub Juninyonu transfer etmək İSTƏYİR
Hazırda oxunan: Daha bir klub Juninyonu transfer etmək İSTƏYİR
226044
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Qarabağ”ın futbolçusu Olavio Juninyo Avropanın daha bir klubunun maraq dairəsinə düşüb.
Bizim.Media xəbər verir ki, həm futbolçunun özü, həm klubla danışıqlar aparan “Sevilya”nın ardınca “Srvena Zvezda” da braziliyalı hücumçunu heyətinə qatmaq üçün mübarizəyə qoşulub.
Serbiya təmsilçisi “Qarabağ” və Olavio ilə danışıqlara start verib. Ağdam klubu transferdən daha çox qazanmaq üçün müştərilərdən aldığı təklifləri nəzərdən keçirir. Juninyo isə Pireney yarımadasında oynamağa üstünlük verir. İlkin təklifi qəbul olunmayan “Sevilya” məhz futbolçunun istəyinin onlara kömək edəcəyi qənaətindədir.
Qeyd edək ki, Juninyo Azərbaycan Premyer Liqasında keçirdiyi 47 oyunda 23 qola imza atıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































