Boks üzrə Azərbaycan çempionatı BAŞLAYACAQ

Boks üzrə Azərbaycan çempionatı BAŞLAYACAQ

Hazırda oxunan: Boks üzrə Azərbaycan çempionatı BAŞLAYACAQ
225304
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 15-də boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Bizim.Media xəbər verir ki, boks Mərkəzində təşkil olunacaq yarışda kişilər 13, qadınlar 5 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.

6 gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 200 (178 kişi, 22 qadın) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.


Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Raymond Silvas (ABŞ) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Onlardan Ço Yanq Suk (Cənubi Koreya), Muhammad Arisa Putra Pohan (İndoneziya) və Pavlo Vasilinçuk (Ukrayna) İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Bu referilərin, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO