Atletimiz dünya çempionatının gümüş medalını QAZANDI

Atletimiz dünya çempionatının gümüş medalını QAZANDI

Hazırda oxunan: Atletimiz dünya çempionatının gümüş medalını QAZANDI
225292
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan ağırlıqqaldıranı Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında ilk medalını qazanıb.

Bizim.Media xəbər verir ki, Dadaş Dadaşbəyli (109 kq) fəxri kürsüdə yer alıb.

Atletimiz birdən qaldırma hərəkətində 183 kq-ı ram edərək, 4-cü nəticəni göstərib. Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.

Dadaşbəyli toplamda 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticəyə nail olmuşdu.

Atletimiz dünya çempionatının gümüş medalını QAZANDI - foto 1

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO