"Marsel"in baş məşqçisi Roberto De Zerbi futbolçuların istirahəti haqda danışıb.
Bizim.Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib:
"Dekabrın 22-nə qədər məşqlərdə çantalar görsəm, hamısını yandıracağam. İstəmirəm ki, futbolçularım indidən tətil haqda düşünsünlər".
Qeyd edək ki, "Marsel" Fransa Liqa 1-in turnir cədvəlində 26 xalla 2-ci yerdədir. Liderlik 33 xalı olan PSJ-dədir.
Bizim.Media