Millimiz Monteneqro yığmasına QALİB GƏLDİ

Millimiz Monteneqro yığmasına QALİB GƏLDİ

Hazırda oxunan: Millimiz Monteneqro yığmasına QALİB GƏLDİ
218675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, U-18 Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
 

Oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Emin Feyzullayev və 56-cı dəqiqədə Rəşad Alışov vurublar.


Millimizin heyətində bu futbolçular çıxış ediblər: 1. Həbib Hüşənov, 2. Ömər Əliaslanlı, 6. Nadir Orucov, 7. Əkbər Məhərrəmov, 8. Emin Feyzullayev, 9. Ömər Kərimov (3. Cavid Məlikov, 90+5), 10. Babamirzə Mehdiyev (19. Əli Qurbanov, 90+1), 11. Röyal Fərzullazadə (20. Rauf Qafarov, 37 / 18. Arzu Mədətov, 71), 17. Ziya Şəkərxanov (16. Əmir Əliyev, 46), 21. Murad Mustafayev, 23. Rəşad Alışov.

Qeyd edək ki, komandalar arasında oktyabrın 29-da keçirilən ilk oyunda Monteneqro yığması 2:0 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO