
- A-
- A
- A+
İdman
18:06 / 29.09.2024
1 dəq oxunma
"Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib - VİDEO
Hazırda oxunan: "Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib - VİDEO
213709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turunda "Şamaxı" "Turan Tovuz"la heç-heçə edib.
Bizim.Media xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Tovuz təmsilçisinin heyətində Sadiq Şəfiyev beşinci dəqiqədə hesabı açıb.
Meydan sahiblərindən Belajdi Pusi 48-ci dəqiqədə tarazlığı bərpa edib. 89-cu dəqiqədə Arsen Ağcabəyov Şamaxı klubunun ikinci qoluna imza atıb. 90+8-ci dəqiqədə Kristian da Silva penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, günün digər görüşündə son çempion "Qarabağ" "Sabah"la üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































